Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üstündə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Kipçatov tutularaq istintaqa təqdim edilib. Onun əlindəki idman çantasına baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha aid patron darağı aşkar edilib. Ceyhun Kipçatov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.

Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Ceyhun Kipçatov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Əvvəlki məqalə

9 may paradı üçün Moskvaya yalnız bir xarici dövlət başçısı gələcək

Sonrakı məqalə

Bakıda mənzildə kişinin qətlində şübhəli bilinən şəxs saxlanılıb