Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub- BNA açıqlama verdi

Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) xəbər verilib.

Hadisə “Kənan-2000” şirkətinin müvəqqəti istismarında olan 70 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90 MJ 279 DQN-lı avtobusun iştirakı ilə qeydə alınıb.

Daşıyıcı şirkətin direktoru Əbülfət Bayramovun verdiyi məlumata əsasən, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.

Əvvəlki məqalə

“Rus dili dərsliklərini atmağa tələsməsinlər, lazım olacaq!”

Sonrakı məqalə

Rusiyanın dondurulan pullarının müsadirəsinə icazə verildi