Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub- BNA açıqlama verdi

Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) xəbər verilib.

Hadisə “Kənan-2000” şirkətinin müvəqqəti istismarında olan 70 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90 MJ 279 DQN-lı avtobusun iştirakı ilə qeydə alınıb.

Daşıyıcı şirkətin direktoru Əbülfət Bayramovun verdiyi məlumata əsasən, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.