Bakıda qaynanasını, 2 yaşlı oğlunu və özünü bıçaqlayan şəxs tutulub

Bakıda qaynanasına və 2 yaşlı oğluna xəsarət yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

Faktla əlaqədar CM-nin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

35 rus hərbi əsiri Ukraynadan geri qayıdıb