Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşü formatında iclası keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2 mart 2023-cü il tarixində Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclası keçiriləcək.

Bunu xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda BMT-nin mənzil qərargahında Pakistanın sədrliyi ilə keçirilən “Qrup 77 və Çin” təşkilatının Nazirlər İclasında iştirak edərkən deyib.

Nazir müavini QH üzv dövlətlərinin sözügedən tədbirdə ən yüksək səviyyədə iştirakının tədbirin uğuruna xüsusi töhfə verəcəyini vurğulayıb.

Əvvəlki məqalə

“Rusiya SSRİ dövründə Litvaya bağışlanmış Vilnüsü geri ala bilər”

Sonrakı məqalə

Pensiya yaşına çatmadan vəfat edənlər üçün dəfn pulu verilə bilər-