Bakıda sabiq rəis həbs edildi

Suraxanı Rayon Sukanal İdarəsinin sabiq rəisi Mehman Haşımov rüşvət almaqda ittiham olunur.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, M.Haşımov bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilib.

İttihama görə, o, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan rüşvət alıb. Ağır cinayətə görə rəis barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayətdən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi zərər çəkib. Cinayət işi üzrə zərərçəkmiş qismində də elə sözügedən agentlik tanınıb.

Əvvəlki məqalə

Dünyanın ən dəyərli futbol çempionatları açıqlanıb

Sonrakı məqalə

Avropa İttifaqının yeni sanksiyaları kimləri əhatə edəcək?