Bakıda sürücü sükan arxasında öldü, maşın 6 nəfəri yaraladı-FOTO

Bakının Nizami rayonunda ağır yol qəzası zamanı 6 nəfər xəsarət alıb, 1 nəfər ölüb.

Hadisə Babək prospektində qeydə alınıb.

 

Belə ki, Qazıbəyov Elçin Aydın oğlu idarəetməsində olan “Honda” markalı avtomobillə hərəkətdə olan zaman qəfil ürəktutmasından ölüb.

Bu zaman avtomobildə olan qadın sərnişin sükanın istiqamətini dəyişib.

İdarəetmədən çıxan “Honda” yol kənarındakı nişanlara çırpılıb.

Zərbədən qırılan nişanlar səkidə ayrı-ayrı istiqamətdə dayanan piyadaların üzərinə düşüb.

Daha sonra nəqliyyat vasitəsi yol kənarındakı ağaclara çırpılaraq dayanıb.

Hadisə şahidləri nəqliyyat vasitəsində müştəri olan qadını və onun azyaşlı uşağını maşından çıxarıblar.

Onlara təcili yardım briqadası tibbi yardım göstərib.

Hadisə nəticəsində 4 piyada müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Nizami Rayon Polis İdarəsinin ekspertləri sürücü, Elçin Qazıbəyovun ölüm səbəbini araşdırırlar.

Xəstəxanadan verilən məlumata görə, səhiyyə ocağına müraciət edən 4 piyadadan yalnız birinin vəziyyəti ağırdır.

O, 1979-cu il təvəllüdlü Şahsevənov Seymur Barat oğludur.

Faktla bağlı avtotexniki ekspertiza işləri aparılır. (APA)

Əvvəlki məqalə

Sahibə Qafarova Ermənistan parlamenti spikerinin yalan iddialarını ifşa edib

Sonrakı məqalə

“Oskar” mükafatının qalibləri açıqlandı –