Avqustun 22-də saat 08:00 radələrində paytaxtın Nərimanov rayonunun Rövşən Əliyev küçəsində 1993-cü il təvəllüdlü Samir Məhərrəmovun kəsilmiş-deşilmiş xəsarətlər alması və xəstəxanaya aparılan zaman ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcək.