Bakıda toydan çıxan qadınları maşın vurub, ölən var

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Qəza Bəkir Çobanzadə küçəsində baş verib.

1959-cu il təvəllüdlü Bağırova Kəmalə Həmid qızı və 1961-ci il təvəllüdlü Əfəndiyeva Gülarə Oktay qızı şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyib.

Həmin vaxt onları “Kia” markalı avtomobil vurub.

Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəstəxanada müalicə alan Əfəndiyeva Gülarə Oktay qızı həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib. (APA)

Əvvəlki məqalə

“Ukrayna məğlub olarsa ABŞ qoşun da yeridə bilər” –

Sonrakı məqalə

Bakıda Rusiya vətəndaşı intihar edib