Bakıda Vətən Müharibəsi iştirakçısı intihar edib –Prokurorluq araşdırır

Bakıda Vətən Müharibəsi iştirakçısı intihar edib.

Hadisə Xətai rayonunda baş verib. Belə ki, 33 yaşlı Ruslan Aleksandrovic Ardatyev yaşadığı mənzildə boğazını kəsərək ölüb. Hadisənin səbəbləri hələlik bilinmir.

Faktla bağlı Xətai rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma aparılır.

Xatırladaq ki, əslən Kəlbəcər rayonundan olan Ruslan Ardatyev 44 günlük Vətən müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.(Qafqazinfo)

Əvvəlki məqalə

Yayılan videodan sonra Xaçmazın polis rəisi və 5 DYP əməkdaşı işdən çıxarıldı –

Sonrakı məqalə

Kəlbəcərdə Ordumuzun iki hərbi avtomobili atəşə tutulub