Bakının Xəzər rayonunda bıçaqlanma baş verib. APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
2005-ci il təvəllüdlü Amid Quliyev tanışı ilə əlbəyaxa dava edərkən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Həkimlər A.Quliyevin vəziyyətinin ağır olduğunu bildirir. Faktla bağlı araşdırma aparılır.