Bakıda yüksək vəzifəli məmurun oğlu dostları ilə birgə zəhərlənib- 2 nəfər ölüb, 2 nəfərin vəziyyət ağırdır

Bakının Səbail rayonunda yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib.

“Bakupost.az” xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Əvvəlcə həmin şəxslərin qidadan zəhərləndiyi bildirilib. Amma həkimlər bu zəhərlənmədə şübhəli məqamların olduğu istisna etmir.

Vəfat edənlərdən birinin atasının yüksək vəzifədə işlədiyi qeyd edilir.

Sayt sağ qalan şəxslərin adlarını və fotolarını əldə edə bilib. Həmin şəxslərin birinin adı Nicat, digərinin adı isə Xəzərdir. Onlar sinif yoldaşı olub. Nicat Astara Gömrük İdarəsinin əməkdaşıdır, Xəzər isə hərbçidir. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Əvvəlki məqalə

Azərbaycanla Slovakiya arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi imzalanıb

Sonrakı məqalə

“Yığılıb qalmış problemlər var…”