Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli konsert proqramı keçirilir.
Dənizkənarı Bulvar ərazisində keçirilən konsertdə hərbi orkestrla yanaşı, ölkənin tanınmış musiqiçiləri, rəqs qrupları rəngarəng repertuarla çıxış edirlər.
Proqramın sonunda möhtəşəm atəşfəşanlığın olacağı gözlənilir.