Bakıdakı bir sıra poliklinikalarda təmir işləri aparılır- TƏBİB-in icraçı direktoru

Nərimanov Tibb Mərkəzində təmir işləri davam edir. Məqsədimiz odur ki, ilin sonunadək bu mərkəzdə təmir işləri yekunlaşsın.

Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

V.Qurbanov, həmçinin Bakı şəhərindəki bir sıra poliklinikalarda da təmir işləri aparıldığını bildirib.

Onun sözlərinə görə, əvvəllər 5 saylı doğum evi kimi tanıdığımız Bayıl ərazisindəki doğum evində hazırda təmir işləri həyata keçirilir. Təmirə başlamış xəstəxanalarımızın ilin sonuna qədər vətəndaşların istifadəsinə verilməsini istəyirik.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.