“BakuBus”un Müşahidə Şurasına yeni sədr təyin edilib –SƏRƏNCAM

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri dəyişib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov olub.

Bundan öncə Müşahidə Şurasının sədri iqtisadiyyat nazirinin müavini Elnur Əliyev olub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.