Balakəndə yas mərasimində oğul atasını bıçaqlayıb

Balakəndə yas mərasimində oğul atasını bıçaqlayıb.

Rayonun Yeni Şərif kənd ərazisində baş verib.

1993-cü il təvəllüdlü Yeni Şərif kənd sakini Ramil Şabanov nənəsinin yas mərasimində atası 1967-ci il təvəllüdlü Mahama Şabanovla mübahisə düşüb. Mübahisə zamanı Ramil Şabanov üzərində olan bıçaqla atasına xəsarət yetirib. Xəsarət alan Mahama Şabanov Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törətməkdə şübhəli sayılan Ramil Şabanov saxlanılıb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Əvvəlki məqalə

“Ermənistan dezinformasiya yayır, yalnız təxribata cavab verilir” –

Sonrakı məqalə

Tokayevin prezidentliyə namizədliyi irəli sürüldü