Banklardakı əmanətlərin neçə faizi milli valyutadadır?

Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz artaraq 2024-cü il sentyabrın 1-nə milli valyuta ekvivalentində 14 milyard 185,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 66,1 faizi milli, 33,9 faizi xarici valyutada qoyulub. Xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16,9 faiz artıb.

Əvvəlki məqalə

Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb

Sonrakı məqalə

Rusiyada android telefonlar və xidmətlər bloklana bilər