Bankomatların sayı 4.2 faiz, POS-terminalların sayı 17.8 faiz artıb- Mərkəzi Bank

Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 4.2 faiz, POS-terminalların sayı 17.8 faiz artıb.

Mərkəzi Bank xəbər verir ki, iyulun 31-nə fəaliyyət göstərən 26 bankın filiallarının sayı 480, şöbələrinin sayı 95, ATM-lərin sayı 2 min 944 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.9 faiz (203 nəfər) artaraq 21 min 729 nəfər təşkil edib. Ümumilikdə, cari ilin 7 ayında bank sektorunun işçi sayı 6.9 faiz və ya 1400 nəfər artıb (iyul ayında 203 nəfər artım).

Əvvəlki məqalə

“Qayaüstü təsvirlərə qətiyyən toxunmaq olmaz”

Sonrakı məqalə

Azərbaycanda ən çox hansı xəstəlikdən ölürlər? –