“Barselona” qalib gəlib –İspaniya La Liqası

İspaniya La Liqasında 37-ci tura yekun vurulub.

Son oyun günündə 9 matç keçirilib. Çempionluğunu daha əvvəl rəsmiləşdirən “Real Madrid” “Vilyarreal”la qarşılaşıb. Görüş 4:4 hesablı heç-heçə ilə başa çatıb.

Madir klubunun əzəli rəqibi “Barselona” isə “Rayo Valyekano”nun qapısından üç cavabsız top keçirib.

Digər oyunlarda “Atletik Bilbao” “Sevilya”ya 2:0, “Osasuna” “Atletiko Madrid”ə 4:1, “Selta” “Qranada”ya 2:1, “Real Sosyedad” “Betis”ə 2:0, “Jirona” “Valensiya”ya 3:1 hesabı ilə qalib gəlib. “Kadis” – “Las Palmas”(0:0) və “Malyorka” – “Almeriya” (2:2) görüşləri isə heç-heçə ilə yekunlaşıb.

Əvvəlki məqalə

İran Prezidenti və heyəti helikopter qəzasında həlak olub

Sonrakı məqalə

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır