“Barselona” Xavi Ernandesi istefaya göndərir

İspaniyanın “Barselona” komandası baş məşqçi Xavi Ernandeslə bağlı qərarını verib.

Kataloniya klubu 44 yaşlı mütəxəssislə yollarını ayıracaq. Rəhbərlik gələn həftə bu barədə ispaniyalı çalışdırıcı ilə rəsmi görüş keçirəcək.

Artıq “Barselona”nın yeni baş məşqçisi də məlumdur. İspaniya nəhəngi almaniyalı Hans-Diter Fliklə anlaşıb. Tərəflər arasında 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, “Barselona” Xavi Ernandesin rəhbərliyi altında La Liqada mövsümün bitməsinə 1 tur qalmış 82 xalla ikinci pillədə qərarlaşıb(azərtac).

Əvvəlki məqalə

Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır

Sonrakı məqalə

“Gənclər ətraf mühitin keşiyində” adlı layihə çərçivəsində seminar –