“Barselona”nın baş məşqçisi Xavi klubda qalmağa hazırdır.
Azpost.info bildirir ki, bu barədə Mundo Deportivo məlumat yayıb.
Yanvarın sonunda “Vilyarreal”a məğlubiyyətdən (3:5) sonra Xavi klubdan ayrılacağı ilə bağlı açıqlama vermişdi. 44 yaşlı mütəxəssis buna səbəb kimi onun klubdakı əməyinin yetərincə qiymətləndirilməməsini göstərmişdi. Bundan sonra klub bütün turnirlərdə 13 matçlıq məğlubiyyətsizlik seriyasını davam etdiriblər.
Mənbənin sözlərinə görə, Xavi son aylarda klub daxilində dəstək hiss edib. O, tezliklə “Barselona”nın prezidenti Joan Laporta və Kataloniya idman direktoru Deko ilə görüşərək gələcək əməkdaşlığın şərtlərini müzakirə edəcək.
Xavinin müqaviləsi gələn mövsümün sonuna kimidir. Daha əvvəl bildirilmişdi ki, ispaniyalı rəhbərlikdən transfer bazarında dəstək zəmanəti alarsa, klubdan getmək qərarına yenidən baxa bilər.
Xavinin rəhbərliyi altında kataloniyalılar transferlərə cəmi 43,4 milyon avro xərcləyib, yarımmüdafiəçi Oriol Romeu və hücumçu Viktor Rokeni alıb.