Baş Nazir, nazirlər, DTX, DİN, icra başçıları bir araya gəldilər –Pandemiya ilə bağlı Operativ Qərargahda müşavirə

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın Respublika müşavirəsi keçirilib.

Nazirlər Kabinetindən bildirilib ki, müşavirədə Operativ Qərargahın üzvləri ilə yanaşı 68 rayon və şəhərin İcra hakimiyyəti başçıları, DİN və DTX-nın yerli şöbələrinin rəisləri, rayon və şəhər prokurorları, səhiyyə şöbələrinin və sanitar-epidemioloji stansiyalarının rəhbərləri iştirak ediblər.

Baş Nazir Əli Əsədov bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu müharibəni qələbə ilə başa vuraraq, işğal altında olan torpaqları azad edib.

“Müharibənin gedişində bütün imkanlar qələbənin təmin edilməsi üçün səfərbər olunmuşdu. İndi pandemiya ilə mübarizə yenidən prioritet məsələ olaraq gündəlikdədir və bütün imkanlarımızı bu istiqamətdə səfərbər etməliyik”, – o bildirib.

Müşavirədə son bir neçə həftədə ölkədə pandemiyanın vəziyyəti, yoluxmanın dinamikası, səhiyyə sahəsində görülən işlər, karantin rejiminin tələblərinə əməl olunmasna nəzarət və s. məsələlər müzakirə olunub.

Yoluxmanın xüsusilə yüksək olduğu rayon və şəhərlərdəki vəziyyət ayrıca müzakirə olunub.

Müşavirədə qərara alınıb ki, yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlər əsas götürülməklə bütün ölkə ərazisində, maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla rejimin bütün tələblərinə nəzarət gücləndirilsin, maarifçilik işi genişləndirilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana gəldi

Sonrakı məqalə

“Sülhməramlıların nəzarət etdiyi ərazidə müvəqqəti status formalaşır” –