Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunub

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov vəzifəsindən azad olunub.

Azpost.info News24.az-a istinadən bildirir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

E.Sultanov K.Əliyevin əmri ilə Baş Prokurorluğun Müraciətlərə Baxılması İdarəsinə rəis təyin olunub.

Həmin idarənin rəisi Anar Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəis müavini, sözügedən idarənin rəis müavini Heydər Məmmədov isə baş prokurorun müavini təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

TƏBİB-dən xalq artistinin dəfni ilə bağlı açıqlama:

Sonrakı məqalə

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ləğv olundu –