“Baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın üzərinə düşür”- Müdafiə Nazirliyi

Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Bildiririk ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, MN vurğulayıb.

Əvvəlki məqalə

Erməni silahlılarının mövqelərinə yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib

Sonrakı məqalə

Bu xəstələrə oruc tutmaq tövsiyə olunmur