“Baş verənlər haqqında məlumatım yoxdur” –Naxçıvanın deputatı Eldar İbrahimov

“Mənim Naxçıvanda baş verən hər hansı hadisə haqqında məlumatım yoxdur. Mən də sizin kimi bəzi xəbərləri mətbuatdan oxuyuram. Ona görə də bilmədiyim şey haqqında danışmaq istəmirəm”.

Azpost.info bildirir ki, bunu Gununsesi.info-ya açıqlamasında Naxçıvandan olan deputat Eldar İbrahimov Muxtar Respublikanın gömrük orqanlarında keçirilın anti-korrupsiya əməliyyatlarına dair suala cavabında deyib.

“Bəs, bölgənin deputatı kimi nə üçün maraqlanmırsınız” sualına isə deputat belə cavab verib: “Xəbərlər yayılır, eşidirik. Maraqlanmalı nə var ki?”

E. İbrahimov 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputat seçilib.

Əvvəlki məqalə

Gənclərin roman müsabiqəsinin nəticələri açıqlanıb –

Sonrakı məqalə

Məhkəmə həbsdə olan sabiq nazir müavininin şikayətini qəbul etməyib