“Bavariya” və “Milan” 1/4 finala yüksəlib –UEFA Çempionlar Liqası

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.

Ən böyük maraq doğuran oyun Almaniyanın “Bavariya” klubu ilə Frnasanın PSJ komaandası arasımda oynanılıb.

İlk matçda 1:0 hesabı ilə qalib gələn almanlar evdə də üstün performans sərgiləyərək ümumi hesabda 3:0 qalib olub.

Digər görüşdə isə İtaliyanın “Milan” klubu İngiltərədə “Tottenhem”lə münasibətlərinə aydınlıq gətirib.

Milandakı ilk qarşılaşmada minimal hesablı qələbə qazanan qırmızı-qaralar səfərdə qolsuz heç-heçəyə nail olaraq, adını növbəti mərhələyə yazdırıb.

Beləliklə “Bavariya” və “Milan” ¼ mərhələsinə adlayıb.

Qeyd edək ki, daha əvvəl Portuqaliyanın “Benfika” və İngiltərənin “Çelsi” komandaları 1/4 finala adlayıblar.

Əvvəlki məqalə

Bakıda bank mühafizəçisi hücuma məruz qalaraq döyülüb

Sonrakı məqalə

Bakıda ata, oğlu və gəlin dəm qazından boğularaq ölüb