“Rusiya təhlükəsi” ilə bağlı bütün bəyanatlar sadə insanları qorxutmaq üçün olan dəhşət hekayələridir”.
Azpost.info bildirir ki, bu sözləri prezident Putin amerikalı jurnalist Takerə müsahibəsində deyib.
Putin ABŞ prezidenti Baydenlə çoxdandır danışmadıqlarını deyib. Putinin sözlərinə görə, o dəfələrlə Baydenə xəbərdarlıq edib ki, “Rusiyanı uzaqlaşdırmaqla böyük tarixi səhvə yol verir”.
Putinin sözlərinə görə, liderlər danışmasalar da müxtəlif idarələr vasitəsilə müəyyən əlaqələri var.
“Onların köməyi ilə Rusiya ABŞ-a izah edir ki, Kiyevə silah tədarükünü dayandırmaq lazımdır . Bu olsa hər şey bir neçə həftə ərzində bitəcək”.