Co Bayden administrasiyası Konqresdəki respublikaçıların Ukraynaya yardımı təsdiqləməsi üçün immiqrasiya siyasətini sərtləşdirməyə və qaçqınların deportasiyasını sürətləndirməyə hazırdır.
Azpost.info xəbər verir ki, bu barədə məsələnin müzakirəsi ilə tanış olan mənbə “Reuters” agentliyinə bildirib.
Xüsusilə, Ağ Ev sığınacaq üçün yoxlama standartlarını sərtləşdirə, qaçqınların təkcə sərhəddə deyil, həm də ölkənin hər yerindən qovulmasına icazə verə və ABŞ-a gedərkən üçüncü ölkələr vasitəsilə gələn ərizəçilərə sığınacaq verilməsindən imtina etməyə razılaşa bilər.
Həmçinin, mənbənin sözlərinə görə, saziş üzərində işləyən hər iki partiyanın senatorları sığınacaq müraciətlərinə ədədi məhdudiyyətin tətbiqini müzakirə edirlər.
Respublikaçı senator Tom Tillis “Reuters”ə bildirib ki, potensial razılaşma qeyri-qanuni immiqrasiyanı ən azı yarıya qədər azaldacaq.
Bir gün əvvəl ABŞ Senatında Ukraynaya 61 milyard dollarlıq yardımın ayrılması ilə bağlı qanun layihəsinin səsverməsi uğursuzluqla nəticələnib. Sənədin təsdiqlənməsi üçün 60 səs tələb olunsa da, cəmi 49 səs toplanıb.
Azpost.info