ABŞ prezidenti Co Bayden ABŞ ordusunun İordaniya-Suriya sərhədindəki bazaya hücuma cavab olaraq Suriya və İraqdakı hədəflərə hava zərbələri endirdiyini təsdiqləyib.
Azpost.info xəbər verir ki, o, zərbələrin onun göstərişi ilə endirildiyini bildirib və cavab tədbirlərinin davam etdiriləcəyini deyib.
Bayden qeyd edib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə münaqişəyə can atmır, lakin ABŞ-ın maraqlarına yönələn təhdidlərə cavab verəcək.
Pentaqon rəhbəri Lloyd Ostin də bu hərəkətlərin ABŞ-dan cavabın başlanğıcı olduğunu təsdiqləyib.
Azpost.info