Fransa və ABŞ prezidentləri Emmanuel Makron və Co Bayden iyunun 8-də ikitərəfli görüş keçirəcəklər.
Azpost.info xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Görüş ABŞ liderinin Fransaya səfəri çərçivəsində baş tutacaq.
Əsas müzakirə mövzularının Ukraynaya dəstək, o cümlədən iqtisadi, kosmik və nüvə sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsi olacaq.
Bu, Baydenin ABŞ prezidenti kimi Fransaya ilk dövlət səfəridir.
Azpost.info