ABŞ Prezidenti Co Bayden Ağ evdə Almaniya Kansleri Olaf Şolts ilə görüşüb.
Görüşdə Qərbin Ukraynaya güclü dəstəyini davam etdirməli olduğu vurğulanıb.
ABŞ Konqresindəki respublikaçıları Ukraynaya dəstəyin qarşısını almaqda ittiham edən Bayden bunun az qala cinayət əməli olduğunu bildirib. Sözügedən yardımın Ukraynaya göndərilməsinin vacibliyini deyən Bayden, həm ABŞ, həm də Avropa ölkələrinin bu mövzuda birgə fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.
Qərb ölkələrinin dəstəyi olmadan Kiyevin öz ərazisini müdafiə edə bilməyəcəyini söyləyən Almaniya Kansleri, ən qısa zamanda Rusiyaya qarşı Ukraynaya yeni yardımların göndərilməsinin lazım olduğunu bildirib.