ABŞ prezidenti Co Bayden iyulun 25-də Vaşinqtonda İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
Azpost.info xəbər verir ki, bu barədə “Politico” amerikalı məmura istinadən məlumat yayıb.
Netanyahu iyulun 22-də Vaşinqtona yollanıb və iyulun 24-də Konqresdə çıxış edəcək. Onun Baydenlə görüşü iyulun 23-nə planlaşdırılırdı, lakin ABŞ prezidenti keçən həftə koronavirusa yoluxdu və iqamətgahında özünü təcrid etdi.
Azpost.info