“Bayden Ərdoğanı ABŞ-a dəvət edəcək”- “Hürriyet”

ABŞ prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Vaşinqtona səfərə dəvət etməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb.

Məlumata görə, Ankaranın İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya etməsi onun Vaşinqtonla münasibətlərindəki ab-havanı yumşaldıb.

Nəşr qeyd edir ki, ABŞ-ın Yaxın Şərqdə Türkiyənin mövcudluğuna ehtiyacı var:  “Türkiyənin ABŞ-ın beşinci nəsil F-35 qırıcıları ilə tədarükü məsələsi həll olunarsa, o zaman hər iki dövlət arasında münasibətlərdə yeni vəziyyət yaranacaq. Ərdoğan İsveçin NATO-ya üzvlüyü məsələsində səbəbsiz güzəştə getmədi. Bundan başqa, ABŞ-ın Yaxın Şərqdə Türkiyəyə ehtiyacı var. Bayden seçkiyə gedən yolda İraq və Suriyadan qoşunların çıxarılmasını müzakirə edir. Bu vəziyyətdə Türkiyəyə ehtiyac yaranır”.

Nəşr qeyd edir ki, Baydenin Ərdoğanı ABŞ-a dəvət etmək niyyəti onların münasibətlərində yumşalma yarada bilər. Türkiyə liderinin bu dəvəti qəbul etməyi planlaşdırıb-qalmadığı açıqlanmır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.