“Yaxın Şərqdə genişmiqyaslı münaqişənin qarşısını almaq mümkündür”.
Azpost.info bildirir ki, bu barədə ABŞ prezidenti Bayden dünən jurnalistlərlə söhbətində müvafiq bəyanatla çıxış edib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Tammiqyaslı müharibənin başlayacağını düşünmürəm. Hesab edirəm ki, bundan qaça bilərik. Lakin buna nail olmaq üçün daha çox iş görülməlidir”, – deyə Bayden bildirib.
Amerika lideri ABŞ-ın İsrailə kömək üçün qoşun göndərib-göndərməyəcəyi ilə bağlı suala birbaşa cavab verməyib. “Biz artıq İsrailə kömək etmişik. İsraili qoruyacağıq” 0deyə prezident qeyd edib.