“Bayden Konqresdən pul qoparmaq üçün şantaja əl atır”- MEDVEDEV

“ABŞ prezidenti Co Bayden Ukrayna üçün Konqresdən getdikcə daha çox pul tələb etməklə bəsit şantajdan istifadə edir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Onun sözlərinə görə, ABŞ lideri Rusiyadan hansısa təhlükəyə eyham vurmaqla köhnə təzyiq alətlərinə əl atır: “Bayden administrasiyasının primitiv şantajı heç də yeni deyil və tarixi presedentlərə malikdir. Demək istəyir ki, “bizim oğlana pul verin , əks halda ruslarla müharibəyə başlayacağıq”. ABŞ prezidentlərinin müxtəlif vaxtlarda qanunvericilərindən dollar qoparmaq üçün belə deyiblər”.

Bununla belə, Medvedev əlavə edib ki, Bayden administrasiyası və Ukrayna sonda istədikləri vəsaiti alacaqlar: “Onları impiçment və seçkilərdə uduzmaq perspektivi gözləyir. Bizə ünvanlanan qəzəbli şantaj, davamlı isteriya bundan qaynaqlanır”.

Azpost.info

Əvvəlki məqalə

Gənc qız Gəncə bombalanan zaman onu xilas edən oğlanla ailə qurdu

Sonrakı məqalə

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib