Bayden Konqresin Ukraynaya dəstək verməməsini ağılsızlıq adlandırıb

ABŞ prezidenti Co Bayden hesab edir ki, Konqresin Vaşinqton administrasiyasının Ukraynaya yardım üçün tələb etdiyi vəsaitin ayrılmasını dəstəkləməkdən imtina etməsi  tam ağılsızlıq olardı.

Azpost.info bildirir ki, ABŞ liderinin bu sözlərini  Ağ Evin mətbuat xidməti sitat gətirib.

“Ukraynaya dəstək verməmək tam ağılsızlıqdır. Bu, ABŞ-ın maraqlarına ziddir və səhv olardı”, – deyə Bayden Massaçusets səfərindən sonra Ağ Evə qayıdarkən jurnalistlərə bildirib.

Amerika lideri yardımın son nəticədə təsdiqlənəcəyinə əmin olduğunu bildirib.

Bu mövzunu Konqres üzvləri ilə müzakirə edib-etmədiyi barədə suala cavabında Bayden deyib ki, bir neçə nəfərlə müzakirə edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.