Bayden prezident vəzifəsini tərk etməyəcək –Ağ Evdən AÇIQLAMA

Baydenin
Baydenin

Seçki yarışını dayandırdığını elan edən ABŞ Prezidenti Co Bayden vəzifəsini vaxtından əvvəl tərk etmək niyyətində deyil.

Bu barədə Ağ evin mətbuat katibi Endryu Beyts bildirib.

O qeyd edib ki, Bayden ən yüksək dövlət postunu vaxtından əvvəl başa vurmağı planlaşdırmır.

Bayden daha əvvəl partiyanın maraqları naminə seçki yarışını tərk etmək qərarına gəldiyini bildirmişdi. O söz verib ki, səlahiyyət müddəti başa çatana qədər bütün diqqətini üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışacaq.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.