ABŞ prezidenti Co Bayden milli təhlükəsizlik müşavirlərinə bildirib ki, Qəzza zolağında atəşkəsə nail olmaq onun səlahiyyət müddətinin qalan hissəsi üçün prioritet məsələyə çevrilib.
Azpost.info xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbələrə istinadən “Politico” yazıb.
Bayden hesab edir ki, bu yolla özü də sülhün dəstəkçisi kimi tarixə düşəcək və eyni zamanda Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin qalib gəlməsini asanlaşdıracaq.
Bununla belə, mənbələrə görə, Vaşinqtonun Qəzza razılaşması ilə bağlı irəliləyişinə iki əsas problem mane olur.
Birincisi, İsrail Misirlə sərhədə yaxın hərbisizləşdirilmiş zonada kontingentinin mövcudluğunu saxlamağı tələb edir və HƏMAS bu tələbə güzəştə getməkdən qəti şəkildə imtina edir.
İkincisi, fələstinli əsirlərin israilli girovlarla dəyişdirilməsinin həcmi və vaxtı ilə bağlı İsraillə HƏMAS arasında ciddi fikir ayrılıqları var
Azpost.info