Bayden prezidentliyə namizədliyini aprelin 25-də elan edəcək

“ABŞ lideri Co Bayden ikinci müddətə prezidentliyə namizədliyini aprelin 25-də elan edə bilər”.

Azpost.info xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən yazıb.

“Ağ Evin əməkdaşları, Demokratlar Partiyasının rəsmiləri və kənar məsləhətçilər Co Baydenin ikinci müddətə namizədliyinə hazırlaşmaq üçün işləri gücləndirirlər”, – qəzet qeyd edib.

Nəşrin məlumatına görə, Ağ Ev Baydenin videomüraciətinin aprelin 25-də yayımlanmasını nəzərdən keçirir və burada onun ikinci müddətə namizədliyini elan edəcəyi ehtimal edilir. 25 apreldə Baydenin 2020-ci il prezidentlik yarışında iştirakının başlamasının dördüncü ildönümü olacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.