Co Bayden vitse-prezident Kamala Harrisin prezidentliyə namizədliyini dəstəkləyib.
Azpost.info bildirir ki, bu barədə “Röyter” məlumat verib.
“Demokratlar – birləşmək və Trampı məğlub etmək vaxtı çatdı. Gəlin bunu edək”, – Bayden deyib.
Kamala Haarisin namizədliyi ilə bağlı Demokrat Partiyasının Milli Konvensiyası qərar verməlidir.
Reuters mənbələrə istinadən xəbər verir ki, şənbə gecəsi Bayden yarışı davam etdirməyi düşünürdü, lakin bazar günü günortadan sonra ikinci müddətə namizəd olmamaq qərarına gəlib.