Bayden Rusiya və Çinə yeni sanksiyalar elan edəcək

ABŞ prezidenti Co Baydenin bu həftə Rusiya iqtisadiyyatına qarşı yeni sanksiyaları açıqlayacağı gözlənilir. AzPost xəbər verir ki, bu barədə Reuters agentliyi adı açıqlanmayan amerikalı məmura istinadən xəbər verir .

Agentlik hansı məhdudiyyətlərin tətbiq olunacağını dəqiqləşdirməyib. Qeyd olunur ki, Baydenin köməkçiləri atılan addımlar barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın köməkçilərini məlumatlandırır.

Agentlik yazır ki, ABŞ Rusiyaya dəstək verdiyi iddiası ilə bir sıra Çin müəssisələrinə qarşı da sanksiyalar tətbiq edə bilər.

Əvvəlki məqalə

İlqar Mustafayevin həbs müddəti uzadıldı

Sonrakı məqalə

Roma Papası Qəzzadakı vəziyyəti “biabırçı” adlandırdı