Yaxın günlərdə Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Co Bayden Qəzzadakı vəziyyəti müzakirə etmək üçün telefon danışığı aparacaqlar.
Azpost.info bildirir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən yazır.
“Yaxın günlərdə liderlər arasında telefon danışığı gözlənilir”, – deyə köşə yazarı Abdulkadir Selvi bildirib.
Qəzetin yazdığına görə, ABŞ və Türkiyə liderləri regionda daimi atəşkəs məsələsini, həmçinin münaqişə bitdikdən sonra Qəzzanın statusunu müzakirə edəcəklər. Bundan başqa, F-16 qırıcılarının satışı və İsveçin NATO-ya daxil olması kimi məsələlər də gündəmə gələ bilər.