“Bayden-Zelenski görüşü xüsusi əməliyyatın gedişatını dəyişə bilməyəcək”- KREML

“ABŞ və Ukrayna liderləri Co Bayden və Vladimir Zelenski arasında keçirilən görüşün nəticələri xüsusi hərbi əməliyyatın gedişatını dəyişə bilməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kiyevə ayrılan on milyardlarla dollar Ukrayna ordusuna kömək etməyib.

Peskov bildirib ki, Qərbdən Ukraynaya yeni yardım tranşları eyni fiaskoya məhkumdur. Eyni zamanda o, Kremlin Zelenskinin Vaşinqtondakı təmaslarını çox diqqətlə izləyəcəyini vurğulayıb:

“Təbii ki, biz çox diqqətlə izləyəcəyik. Hər kəsin başa düşməsi vacibdir ki, Ukraynaya verilən on milyardlarla dollar onun döyüş meydanında heç bir uğur qazanmasına kömək etmədi. Bundan sonra da belə olacaq”.

Azpost.info

Əvvəlki məqalə

Bakının mərkəzində yaşayış binasında yanğın başlayıb

Sonrakı məqalə

Özünə hörmət edən sahibkarlıq subyekti məhsulunun hansı standarta uyğun olduğunu bəyan etməlidir