ABŞ prezidenti Co Baydeni seçkidən əl çəkməyə çağıranların sayı artır. Hətta Ağ Ev rəhbərinin qızğın tərəfdarları da onlara qoşulub.
Azpost.info bildirir ki, bu barədə NBC News qeyd edib.
“Prezident Co Baydenin siyasi dünyası dağılır. Onun aparıcı müttəfiqləri açıq və özəl şəkildə Baydeni istefaya çağırıblar”, – NBC News qeyd edib.
İndi prezidentin ən inamlı tərəfdarları belə hesab edirlər ki, Baydenin ayaqları altında yerin titrədiyi açıq-aydın hiss olunur, “sona yaxınlaşırlar.
Nəşr qeyd edir ki, prezident seçkilərinə üç ay qalmış pul toplama kampaniyasının tələblərə cavab verməməsi də buna sübutdur. Proqnozlarla tanış olan bir mənbə deyib ki, Bayden kampaniyasının iyul ayında alacağını proqnozlaşdırdığı böyük ianələrin yalnız 25%-ni toplaya biləcək.
ABC News xəbər verir ki, Baydenin gələcəyi ilə bağlı böhranın həll olunmamasından məyus olan demokratlar cümə axşamı ümid işığı hiss ediblər. Səbəb Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi, Senatda çoxluq lideri Çak Şumer və Nümayəndələr Palatasında azlıqların lideri Hakim Jeffriesin Baydenlə səmimi danışıqlar aparıblar və Baydenə seçkiləri uduzmasının qaçılmaz olduğuna deyiblər.
“Görünür ki, Demokratların rəhbərliyi bizə lazım olan təzyiqləri tətbiq edir. Mən gözləyirəm və ümid edirəm ki, prezident növbəti həftə ərzində düzgün addım atacaq və namizədliyini irəli sürməmək qərarına gələcək”-deyə mənbə vurğulayıb.