Bayram günlərində təcili tibbi yardıma 10 mindən çox müraciət daxil olub

Bayram günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində xidmət göstərib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən verilən məlumata görə, iyunun 15-dən 19-dək təcili tibbi yardım xidmətinə edilən ümumi çağırışların sayı 10 min 325 olub. Onlardan 1092 nəfər hospitalizasiya olunub.

Çağırışların sayı ən çox iyunun 17-də (çağırış sayı 2 min 130, hospitalizasiya olunanların sayı 238 nəfər) qeydə alınıb.

Çağırışlar əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və digərləri ilə bağlı olub.

Əvvəlki məqalə

QHT keçmiş köçkünlərlə bağlı sorğu keçirib –

Sonrakı məqalə

MEDİA qəzetlərlə bağlı müsabiqənin nəticələrini açıqladı