BBC Rusiyada fəaliyyətini dayandıracağını və rus xidmətinin ölkədən kənarda fəaliyyət göstərəcəyini açıqlayıb.
Azpost.info xəbər verir ki, bu qərar Rusiya qanunvericiliyinin sərtləşdirilməsi ilə əlaqədar qəbul edilib. “Görünür, bu qanun müstəqil jurnalistikanı cinayət hesab edir. Bizə Rusiyadakı bütün BBC jurnalistlərinin işini müvəqqəti dayandırmaqdan başqa seçim qoymayıblar”,- baş direktor Tim Davey bildirib.
Bu gün Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi Komitəsi Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumatların yayılmasına, həmçinin ölkəyə qarşı sanksiya çağırışlarına görə cinayət cəzaları və cərimələr haqqında qanunu dəstəkləyib.
Qanuna görə, saxta məlumat yayayanlar böyük miqdarda cərimə və ya həbslə cəzalandırılacaqlar.
Azpost.info