Birləşmiş Ərəb Əmirlikləri BMT Təhlükəsizlik Şurasına Qəzzada dərhal atəşkəs tələb edən qətnamə layihəsi təqdim edib.
Azpost.info xəbər verir ki, BƏƏ Qəzzada fəlakətli vəziyyətin yarandığını bildirib.
“Birləşmiş Ərəb Əmirlikləri Qəzzada yaranmış fəlakətli vəziyyətə və qardaş Fələstin xalqının əzablarının ağırlaşmasına cavab olaraq humanitar əsaslarla dərhal atəşkəs tələbi ilə Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib”, – məlumatda deyilir.
Azpost.info