Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları Qəzza zolağında müvəqqəti beynəlxalq missiyanın yaradılmasına çağırıb.
Azpost.info xəbər verir ki, BƏƏ hesab edir ki, bu, humanitar böhranın həlli, asayişin bərqərar olması və gələcək vahid hökumətin işinin əsaslarının qoyulması üçün lazımdır.
Bu barədə BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim bint İbrahim əl-Haşimi açıqlama verib.
Onun sözlərinə görə, Qəzza zolağında təhlükəsizlik və sabitliyin əldə edilməsinə yönəlmiş addımlar Fələstin anklavında müvəqqəti beynəlxalq missiyanın yaradılması ilə başlamalıdır.
“Bu missiya Qəzza zolağının yenidən qurulması üçün məsuliyyət daşıya biləcək yeni müstəqil baş nazirin rəhbərlik etdiyi Fələstin hökumətinin razılığı ilə fəaliyyət göstərməlidir”, – o qeyd edib.
Azpost.info