“Belə getsə, Aİ-nin qapıları Gürcüstanın üzünə bağlanacaq”- BORREL

“Əgər ölkə hökuməti indiki yolunu davam etdirsə, Avropa İttifaqının qapıları Gürcüstanın üzünə  bağlanacaq”.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.

“Hazırda Aİ-nin qapıları Gürcüstan üçün açıqdır. Lakin belə davam edərsə, bu qapılar bağlanacaq”, – Borrel bildirib.

O qeyd ki, Aİ nazirləri tərəfindən müzakirə olunan ilkin addımlar arasında Gürcüstanın təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsinin dayandırılması, hökumətin maliyyələşdirilməsinin və ya yüksək səviyyəli əlaqələrin kəsilməsi ola bilər.

Azpost.info

Əvvəlki məqalə

Lənkəranda itkin düşən 35 yaşlı kişinin meyiti tapılıb

Sonrakı məqalə

Ötən il 700-dən çox tələbə akademik borca görə təhsil müəssisələrindən xaric edilib