Belarus – Azərbaycan oyunu başlayıb –UEFA Millətlər Liqası

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

Komandamız Serbiyada Belarus millisi ilə qarşılaşır. Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçirilən görüşü isveçli baş hakim Məhəmməd Əl-Hakim idarə edir.

Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Edd İsrafilov, Cəlal Hüseynov və Riçard Almeyda yer alıblar.

Belarus millisinin heyətində isə meydana Pavel Pavlyuçenko, Danila Neçayev, Ruslan Xadarkeviç, Vladislav Malkeviç, Sergey Politeviç, Artyom Bıkov, Hlep Şauçenka, Andrey Solovey, Yevgeni Yablonski, Valeri Boçerov və Zaxar Volkov çıxıblar.

Qeyd edək ki, Azərbaycan yığması birinci turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla yenilib – 0:1.

Əvvəlki məqalə

“Dünyadakı ərzaq böhranının səbəbi Rusiyadır” –

Sonrakı məqalə

Boris Consona etimad səsverməsi başlayıb